23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndi

Xınayaxdı məclisi təşkil edən şəxslər cərimələndiSabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Polis Şöbəsinə rayonun Əsədli kəndindəki fərdi yaşayış evlərinin birində karantin rejiminin qaydalarına zidd olaraq 10 nəfərə yaxın şəxsin toplaşaraq xınayaxdı məclisi təşkil etməsi barədə məlumat daxil olub.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib və orada karantin rejiminin tələblərinin pozulduğu aşkar edilib.

Mərasim dayandırılıb və orada olanlardan iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, cərimə olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.


Tarix: 17-08-2020, 10:52 Oxunub: 170


Bölməyə aid digər xəbərlər