23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Konstitusiya Məhkəməsi onlayn rejimə keçdi

Konstitusiya Məhkəməsi onlayn rejimə keçdiAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tətbiq edəcəyi müvəqqəti iş rejimi barədə məlumat yayıb.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən gununnebzi.az-a verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tövsiyələri nəzərə alınaraq Konstitusiya Məhkəməsində aşağıdakı iş qaydaları müvəqqəti tətbiq ediləcək:

1. Konstitusiya Məhkəməsi plenumlarının iclasları müvəqqəti olaraq yazılı prosedurla keçiriləcək;

2. Vətəndaşların (şəxslərin) qəbulu müvəqqəti olaraq dayandırılır;

3. Vətəndaşlar (şəxslər) www.constcourt.gov.az Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsinə daxil olaraq onlayn şəkildə məhkəməyə müraciət edə, həmçinin ərizə və şikayətləri poçt vasitəsilə göndərə bilərlər.

Əlaqə üçün telefon nömrələri: (012) 492 91 03, (012) 492 79 61 (Konstitusiya Məhkəməsi Aparatının Vətəndaşların qəbulu və şikayətlər şöbəsi).


Tarix: 17-03-2020, 21:09 Oxunub: 75


Bölməyə aid digər xəbərlər