23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda 50 hotel fəaliyyətini dayandırdı - Koronavirusa görə

Bakıda 50 hotel fəaliyyətini dayandırdı - Koronavirusa görə

Bakı şəhərində 50-yə yaxın orta və kiçik hotellər fəaliyyətini dayandırıb.

Bu barədə Oxu.Az-a Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi məlumat verib.

Onun sözlərinə görə, buna səbəb mövcud vəziyyətlə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın respublika ərazisində koronavirus (COVİD-19) təhlükəsi ilə bağlı bir aylıq xüsusi rejimin tətbiq etməsidir:

“Hotellərin fəaliyyətini dayandırması aparılan izolyasiya tədbirləri ilə əlaqədardır. Həmin hotellərin böyük əksəriyyəti icarədə olan hotellərdir. Bu, çox mənfi haldır və məşğulluluq məsələsinə kifayət qədər mənfi təsir göstərir.

Bu məsələlər gələcəkdə ciddi problemlərə yol aça bilər. Hotellərin mövcud vəziyyət aradan qalxdıqdan sonra bərpa proseslərini hansı şəkildə aparacaqlarını proqnozlaşdırmaq özü də çətindir.

Mövcud vəziyyətlə bağlı ölkəyə turistlərin giriş-çıxışı məhdudlaşdırıldığından hotellər çox ciddi itki ilə qarşılaşıblar. Nazirlər Kabineti tərəfindən rəsmi qaydada verilən qərara uyğun olaraq izolyasiya tədbirlərinin aparılması davam etdirilir.

Bayram günləri ilə bağlı məqamlara da münasibət bildirmək olmur. Hər kəsi təmkinli olmağa çağırıram. Yaxşı olar ki, bu dəfə bayramı hər kəs evində keçirsin və gigiyenik normalara ciddi riayət etsin”.


Tarix: 19-03-2020, 09:00 Oxunub: 62


Bölməyə aid digər xəbərlər