23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Düzgün həyat tərzi nəyin üzərində kodlaşdırılıb?..

Düzgün həyat tərzi nəyin üzərində kodlaşdırılıb?..

Zəmanəmizin böyük ən böyük alimləri, günümüzün bəlalarından qorunmaq üçün İmam Zeynul-abidin (ə) tərəfindən nəql edilən “Səhifeyi-Səccadiyyə” dualar toplusuna sarılmağı tövsiyə edirlər.


Bu səbəbdən bu mübarək kitabda qeyd edilən bəzi dualara diqqət çəkməyi düşündük.


“Həmd o Allaha məxsusdur ki, əgər bəndələrinə nemətlərinə şükür etməyi təlim verməsəydi, nemətlərini sərf edib Ona təşəkkür etməzdilər, ruzisində bolluq görüb, şükür etməzdilər”.

Kitabın ilk duası kimi qeyd edilən hissədə, əziz İmamın (ə) hacətlərinin iqrar edilməsindən öncə, bu dua qeyd edilib. Qeyd etdiyimiz hissə – duadan bir parçadır. Duanın bu hissəsində çox mühüm bir mövzuya işarə edilir.


İlk olaraq anlaşılan budur ki, İlahi nemətlərə şükür etmək bacarığının özü – bir İlahi lütfdür. Belə ki, şükür – Rəbbimizin məxsus təlimləri ilə bəndə tərəfindən iqrar edilə bilir.



Digər tərəfdən isə nemətin çoxluğu öz-özlüyündə insanın Rəbbinə yönəlməsinə vasitə ola bilmir. Əksinə, duanın “ruzisində bolluq görüb, şükür etməzdilər” cümləsində deyildiyi kimi, bol ruzi – insanı qəflətə sala biləcək mövzulardandır.



Bu hissədə gizlin qalan bir mövzunu da qeyd etmək yerinə düşərdi. Belə ki, Uca Allah bəndələrinə o qədər təbii yolla, minnət qoymadan ruzi verir ki, insanlar əldə etdikləri nemətlərin kimin tərəfindənsə lütf edildiyinin fərqinə varmırlar.



Allah Təala bir çox təbii vasitələrlə bəndələrini ruziləndirir və insan başını aşağı salıb təfəkkür etmədən yaşasa, əsil həqiqətdən qəflət edərək yaşamağa davam edəcək. Bu səbəbdən də Quran başdan-başa “məgər təfəkkür etmirlərmi?”, “əql sahibləri üçün ibrətlər vardır” və s. kimi müraciətlərlə doludur. Axirəz-zəman insanının düzgün həyat tərzi təfəkkür üzərində kodlaşdırılıb.



Duanın digər bir hissəsində isə nemətlərin şükrünü yerinə yetirməməyin nəticələri qeyd edilir: “Əgər belə olsaydılar, insanlıq həddindən çölə çıxıb, heyvanlıq həddinə yetişərdilər və möhkəm Kitabında buyurduğu kimi olardılar: “Onlar heyvan kimidirlər, bəlkə onlardan daha da azğındırlar””.



Anlaşılan budur ki, insanın öz həddində qalıb, insanlıq qəlibindən çıxmamağın şərtlərinin özülü – nemətlərin şükründən keçir. İnsan öz mənəvi dəyərlərinə sahib çıxmasa, nemətlərin şükrünü yerinə yetirməsə – mənəvi tənəzzülü qaçılmazdır. Burada insan fiziki və ya elmi cəhətdən hansısa ali yerlərə çatması heç bir istisna təşkil etmir.



Allah Təala bizi nemətlərinin fərqində olub, bunun şükürlərini yerinə yetirməyi təlim etsin.


Mətləb Həmzəli, "Dəyərlər"


Tarix: 19-03-2020, 13:30 Oxunub: 98


Bölməyə aid digər xəbərlər