09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Dövlət orqanlarında 521 vakant vəzifə müsahibə mərhələsinə çıxarılıb

Dövlət orqanlarında 521 vakant vəzifə müsahibə mərhələsinə çıxarılıb

Bu gün mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 31 dövlət orqanında 521 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

GununNebzi.az xəbər verir ki, müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında və müvafiq dövlət orqanlarının internet saytlarında yerləşdirilib.

Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər 13 aprel 2021-ci il saat 18:00-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” qanunun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət etmiş namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (347) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (33) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:

1. Kənd Təsərrüfatı Nazirliyi (347 vəzifə) –AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 63, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB1 altqrupu üzrə 8, BB2 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 192, BB4 altqrupu üzrə 76 vəzifə;

2. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (33 vəzifə) –AC1 altqrupu üzrə 5, AC3 altqrupu üzrə 3, BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 8, BB4 altqrupu üzrə 14 vəzifə;

3. Dövlət Turizm Agentliyi (25 vəzifə) –AB1 altqrupu üzrə 1, AB2 altqrupu üzrə 2, AB3 altqrupu üzrə 5, BA3 altqrupu üzrə 11, BA4 altqrupu üzrə 6 vəzifə;

4. Gənclər və İdman Nazirliyi (16 vəzifə) –AC3 altqrupu üzrə 1, BB3 altqrupu üzrə 5, BB4 altqrupu üzrə 10 vəzifə;

5. Şirvan Apellyasiya Məhkəməsi (15 vəzifə) –BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 13 vəzifə;

6. Bakı Kommersiya Məhkəməsində BB2 altqrupu üzrə 9 vəzifə;

7. Astara Rayon Məhkəməsində BB4 altqrupu üzrə 7 vəzifə;

8. Maliyyə Nazirliyi (6 vəzifə) –BA4 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3 vəzifə;

9. Qida Təhlükəsizliyi Agentliyi (6 vəzifə) –AB3 altqrupu üzrə 1, BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 2 vəzifə;

10. Gəncə İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 6 vəzifə;

11. Şirvan İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 5 vəzifə;

12. Şirvan Şəhər Məhkəməsində BB4 altqrupu üzrə 5 vəzifə;

13. Sumqayıt Kommersiya Məhkəməsi (5 vəzifə) –BB1 altqrupu üzrə 1, BB2 altqrupu üzrə 4 vəzifə;

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə;

15. Balakən Rayon Məhkəməsi (4 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 3 vəzifə;

16. Ağstafa Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

17. Lerik Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

18. Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 3 vəzifə;

19. Tərtər Hərbi Məhkəməsində BB2 altqrupu üzrə 3 vəzifə;

20. Tərtər Rayon Məhkəməsində BB4 altqrupu üzrə 3 vəzifə;

21. Hacıqabul Rayon Məhkəməsi (2 vəzifə) –BB3 altqrupu üzrə 1, BB4 altqrupu üzrə 1 vəzifə;

22. Bakı İnzibati Məhkəməsində BB2 altqrupu üzrə 2 vəzifə;

23. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 1 vəzifə;

24. Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə;

25. Milli Televiziya və Radio Şurasında BA3 altqrupu üzrə 1 vəzifə;

26. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində BA4 altqrupu üzrə 1 vəzifə;

27. Təhsil Nazirliyində BA4 altqrupu üzrə 1 vəzifə;

28. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində BB3 altqrupu üzrə 1 vəzifə;

29. Salyan Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

30. Şamaxı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə;

31. Yardımlı Rayon Məhkəməsində BB4 altqrupu üzrə 1 vəzifə.

Ümumilikdə, müsahibəyə çıxarılan 521 vakant vəzifənin 4-ü 4-cü təsnifata, 64-ü 5-ci təsnifata, 46-sı 6-cı təsnifata, 407-i 7-ci təsnifata aid olmaqla, 9-u AB, 75-i AC, 54-ü BA, 383-ü isə BB vəzifə qrupuna aiddir.

report

Tarix: 15-03-2021, 12:44 Oxunub: 258


Bölməyə aid digər xəbərlər