21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
DYP bu Dövlət Komitəsini cərimələdi

DYP bu Dövlət Komitəsini cərimələdi

Dövlət Yol Polisi (DYP) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi barəsində inzibati qaydada protokol tərtib edib.

GununNebzi.az-ın məlumatına görə, tərtib edilən protokol baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Komitə İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.Unikal.org

Tarix: 18-03-2021, 15:10 Oxunub: 150


Bölməyə aid digər xəbərlər