21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
"Akkord" CƏRİMƏLƏNDİ

"Akkord" CƏRİMƏLƏNDİ

Dövlət Yol Polisi (DYP) "Akkord İnşaat Sənaye" MMC barəsində inzibati qaydada protokol tərtib edib.

GununNebzi.az-ın məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə hakim Tural Ələkbərovun sədrliyi ilə baxılacaq.

Şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Tarix: 31-03-2021, 14:03 Oxunub: 84


Bölməyə aid digər xəbərlər