23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası AŞKARLANDI

Qanunsuz fəaliyyət göstərən ət satışı mağazası AŞKARLANDI

Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Namiq Arif oğluna məxsus ət satışı mağazasında monitorinq keçirilib.

AQTA-da verilən məlumata görə, yoxlama zamanı satışı həyata keçirilən ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, eyni zamanda, müəssisədə sanitar-gigiyenik qaydalara riayət olunmadığı, çalışan işçinin qoruyucu tibbi maskadan, müvafiq geyimdən istifadə etmədiyi və tibbi müayinədən keçmədiyi aşkar olunub.

Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisədə qida təhlükəsiliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.

Tarix: 5-04-2021, 23:03 Oxunub: 267


Bölməyə aid digər xəbərlər
19-01-2021, 10:48 Çörək sexi bağlandı