14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Bakı bulvarında daha sərt tədbirlər görülə bilər

Bakı bulvarında daha sərt tədbirlər görülə bilər

“Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən, 10 nəfərdən artıq şəxsin parklarda, bulvarlarda toplaşmasına qadağa qoyulub. Ancaq bizim vətəndaşlarımız yenə də bulvara üz tuturlar. Buna görə də Bulvar İdarəsi ərazidə fəaliyyət göstərən iaşə obyektlərinin, attraksionların və parklanma yerlərinin hamısının bağlanmasına məcbur qalıb”.

Bunu Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri İlqar Mustafayev AzTV-nin “Hədəf” verilişində deyib.

Onun sözlərinə görə, son 2 gündə edilən müşahidələrə görə, əvvəllər gün ərzində bulvara 25 000 nəfər gəlibsə, bu tədbirlərin nəticəsində 8000-ə qədər adam azalıb:

“Əlbəttə, insanlar tələblərə əməl etməsələr, biz radikal addımlar da ata bilərik. Məsuliyyəti gərək hamımız dərk edək. Karantin elan olunmadan əvvəl biz bütün iaşə obyektlərini bağladıq. 14 martda qərar qəbul olunmuşdu ki, bütün uşaq əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılsın. Ona görə də, bütün attraksionlar, veloparklar, əyləncə mərkəzləri və iaşə obyektləri bağlandı. İdmanla məşğul olmaq istəyənlər bunu evlərində, həyətlərində etsinlər. Əgər görsək ki, yenə insanlar idman etməyə gəlir, o zaman radikal addımlar atıb idman qurğularını sökəcəyik”.

İ. Mustafayev bildirib ki, Operativ Qərargahın göstərişi olarsa, bulvara giriş tamamilə dayandırıla bilər: “Qərargah bütün vəziyyəti izləyir, təcrübələri toplayır. Yəqin ki, zərurət yaranarsa, bulvar ərazisini bağlamaq mümkün olar”.


Tarix: 28-03-2020, 15:00 Oxunub: 157


Bölməyə aid digər xəbərlər