23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür


Bakıda tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür

Bakıda tarixi binanın üzərində qanunsuz tikilən mansard sökülür


Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib.

GununNebzi.az-ın xəbərinə görə, memarlıq abidəsinin üzərində 2016-cı ildə artırılmış qanunsuz mansardın sökülməsinə başlanılıb.


Belə ki, qanunsuz tikili ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər qeydə alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər.

Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur. Unikal memarlıq elementləri ilə seçilən bina “L-Art Nouveau” stilində ucaldılıb.

Tarix: 30-04-2021, 16:30 Oxunub: 207


Bölməyə aid digər xəbərlər