23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Siyavuş Novruzov: "İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir"

Siyavuş Novruzov: "İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir"

“Azərbaycan Ordusu bu gün ən yaxşı texnika ilə təmin olunub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, bu texnikalar mütəxəssislər tərəfindən istidfadə olunmalıdır: “Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27%-dir. Həm də indi əksəriyyət hərbi xidmətə könüllü gedir. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.

S. Novruzov deyib ki, “Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olanlar hərbi xidmətə çağırılmır: “Yəni möhlət verilir. Əvvəllər bu, iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşaq qoyan şəxsin cəbhədə fikri ailəsində olacaq. Ona görə də iki övladı olanlar hərbi xidmətdən azad edilməlidir".

Siyavuş Novruzov “Alternativ hərbi xidmət haqqında” qanunun da müzakirəsi üzərində düşünməyin vacib olduğunu diqqətə çatıdırıb.


Tarix: 30-03-2020, 16:00 Oxunub: 115


Bölməyə aid digər xəbərlər