21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Özünü yandırmağa cəhd edən qazi ilə bağlı Binəqədi RİH-dən - Açıqlama

Özünü yandırmağa cəhd edən qazi ilə bağlı Binəqədi RİH-dən - Açıqlama

Binəqədi Rayon İcra Hakimiyyəti Qarabağ qazisinin özünü yandırmağa cəhd etməsi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib.

GununNebzi.az RİH-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağsu rayonunun Ərəbsərvan kəndində qeydiyyatda olan vətəndaş Şahlarzadə Şahid Şahzadə oğlu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və məsul əməkdaşları tərəfindən bir neçə dəfə qəbul edilərək dinlənilib.

Qəbul zamanı vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müəyyən edilib ki, Xocəsən bələdiyyəsinin 07/27 saylı, 11.05.2005-ci il tarixli Qərarına əsasən İsrafilov Halay Adil oğluna ayrılmış 600 kv.m torpaq sahəsi onun adından sənədləşmə işlərinin aparılması məqsədilə Qarayeva Gülbari Mirhəsən qızına səlahiyyətlərini etibar edib.

G.Qarayeva isə 12 mart 2021-ci il tarixdə Halay İsrafilovun adından torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması məqsədi ilə səlahiyyətlərini Şahlarzadə Şahid Şahzadə oğluna etibar edib.

Araşdırma nəticəsində məlum olub ki, Şahlarzadə Şahid Şahzadə oğlunun iddia etdiyi torpaq sahəsi Binəqədi rayonu, Hökməli qəsəbəsinin sakini Həsənağa adlı şəxs tərəfindən qanunsuz zəbt edilməklə tikinti işlərinin aparılmasına cəhd göstərilib və yerli səviyyədə nəzarət tədbirləri zamanı qarşısı alınıb.

Hazırda Həsənağa adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi faktı ilə və vətəndaş Ş.Şahlarzadənin müraciəti əsasında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsində ilkin araşdırma aparılır.

Tarix: 20-05-2021, 10:47 Oxunub: 181


Bölməyə aid digər xəbərlər