23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İcra başçısı həbs edildi - RİH əməkdaşı intihar etdi - AZƏRBAYCANDA ŞOK HADİSƏ

İcra başçısı həbs edildi - RİH əməkdaşı intihar etdi - AZƏRBAYCANDA ŞOK HADİSƏCəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı intihar edib.

RİH-in Hüquq şöbəsinin məsləhətçisi, 1959-cu il təvəllüdlü Meyti Əbil oğlu Həsənov özünü asaraq öldürüb.

Onun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirilib. Dekabrın 9-da Səbail Rayon Məhkəməsinin qərarı ilə Cəlilabad RİH-in başçısı Namiq Zeynalovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.(Report)


Tarix: 12-12-2020, 19:03 Oxunub: 314


Bölməyə aid digər xəbərlər