Hüquq-mühafizə orqanlarının əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.
GununNebzi.az xəbər verir ki, hazırda əməliyyat davam edir.
RİH-in azı 5 vəzifəli əməkdaşı saxlanılıb.
Qeyd edək ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərovdur. O, 2014-cü ildən bu vəzifədə çalışır.
***
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.
GununNebzi.az xəbər verir ki, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.
Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər
Bölməyə aid digər xəbərlər