23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Mado" cərimələndi

"Mado" cərimələndi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 474 ictimai iaşə obyektində 817 monitorinq keçirib.

AQTA-dan verilən məluamta görə, monitorinqlər zamanı 17 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 69 ünvanında yerləşən, fiziki şəxs Qarayev Amal Veyis oğluna məxsus “Lido“ restoranı;

2. Bakı şəhəri, Nizami rayonu,Q.Qarayev küçəsində yerləşən, hüquqi şəxs “Əjdaha“ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Əjdaha“ dönər evi;

3. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 94 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Yusif İbrahim oğluna məxsus kafe;

4. Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 7A ünvanında yerləşən, hüquqi şəxs “İpəkyolu“ firmasına məxsus “İpəkyolu“ restoranı;

5. Bakı şəhəri, Binəqədi rayonu, Faiq Rüstəmov küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Novruzov Rüstəm Saməddin oğluna məxsus kafe;

6. Bakı şəhəri, Sabunçu rayonu, S.mehmandarov küçəsi 133c ünvanında yerləşən, fiziki şəxs Quliyeva Leyla Nurəddin qızına məxsus restoran;

7. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi A.Rəhimov küç., ev 17 ünvanında yerləşən, fiziki şəxs Xamayev Səfixan Vahid oğluna məxsus “Dan yeri” kafesi;

8. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 220 ünvanında yerləşən, fiziki şəxs Qasımov Coşqun Novruz oğluna məxsus “Mezzo” restoran;

9. Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küç., ev 195 ünvanında yerləşən, hüquqi şəxs Məmmədli Murad Elman oğluna məxsus “Karma“ restoranı;

10. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küç., ev 225 ünvanında yerləşən, hüquqi şəxs "ALTUN DÖNƏR" Məhdud məsuliyyətli Cəmiyyətinə məxsus dönər evi;

11. Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küç., ev 45 ünvanında yerləşən, hüquqi şəxs “ Bül-bül“ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bül-bül” kafe;

12. Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi 4 ünvanında yerləşən, fiziki şəxs Qarayev Əli Nazim oğluna məxsus çay evi;

13. Bakı şəhəri, Xətai rayonu, Məhəmmməd Hadi küçəsi 136 A ünvanında yerləşən, fiziki şəxs Əsgərov Firuz Mahmud oğluna məxsus “Qokush” restoranı;

14. Bakı şəhəri, Səbail rayonu, Qardaşları ev 3 ünvanında yerləşən, hüquqi şəxs ”Madoer” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mado” kafesi;

15. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Taner Bala məxsus “The Green Restaurant And Lounge” restoranı;

16. Şirvan şəhəri, Mahir Mirzəyev küçəsində yerləşən, fiziki şəxs Rəsulov Mirağa Vahid oğluna məxsus çay evi;

17. Goranboy Rayonu, Aşağı Ağcakənd Qəsəbəsində yerləşən, fiziki şəxs Əziz Əzizli Cəsarət oğluna məxsus çay evi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşəobyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Tarix: 24-05-2021, 18:21 Oxunub: 277


Bölməyə aid digər xəbərlər
12-03-2021, 16:47 Bu restoranlar cərimələndi