Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib

Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib. Müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.

GununNebzi.az xəbər verir ki, əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir.
Qeyd edək ki, göstərilən müddətədək fermerlər real əkinlərinə uyğun şəkildə düzgün bəyan təqdim etməlidirlər. Əkin bəyanlarını vaxtında təqdim etməyən fermerlər subsidiya ödənişlərindən kənarda qalacaqlar.

Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.

Tarix: 25-05-2021, 16:56 Oxunub: 103


Bölməyə aid digər xəbərlər