23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qanunsuz ət kəsimi yerləri söküldü – FOTO

Qanunsuz ət kəsimi yerləri söküldü – FOTO

Bakının Suraxanı rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi yerlərində reydlər keçirilib.

GununNebzi.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Reyd zamanı rayonun Z.Şərifov, N.İsmayılov, Y.Eyvazov, Ə.Mehbaliyev küçələri və Yeni Günəşli qəsəbəsində (D və AB massivi) fəaliyyət göstərən qanunsuz heyvan kəsimi yerlərində heyvan kəsimi və ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi müəyyən olunub.

Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb.
Qanunsuz ət kəsimi yerləri söküldü – FOTO
Qanunsuz ət kəsimi yerləri söküldü – FOTO

Tarix: 31-05-2021, 19:49 Oxunub: 184


Bölməyə aid digər xəbərlər