09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ataları analarını öldürən azyaşlıları bibisigil döyüb

Ataları analarını öldürən azyaşlıları bibisigil döyüb

Masallı rayonunda atasının anasını öldürdükdən sonra valideynsiz qalan azyaşlı uşaqlar döyülüb. Həmin qardaş və bacını bibisinin ailəsinin döydüyü iddia edilir.

GununNebzi.az
xəbər verir ki, onlar barəsində məlumatı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə paylaşıb. Onun sözlərinə görə, narkotik istifadəçisi olan ata analarını qətlə yetirib: “Uşaqlar deyir ki, "gecə 12-də səsə oyananda anamızı yerdə xırıldayan gördük. Anamızın qırıq səsindən güclə anladıq dediyini. Anam dedi ki, "gedin uşaq evinə, bunların yanında qalmayın..."

Əldə etdiyimiz məlumata görə, qətl hadisəsi 2019-cu ildə rayonun Musaküçə kəndində baş verib. 45 yaşlı Nicat Şəbiyev münaqişə zəminində arvadı, 35 yaşlı Günay Şəbiyevanı bıçaqlayaraq öldürüb. Cütlüyün 10 yaşlı qızı və 9 yaşlı oğlu himayəsiz qalıb. Mərhum G.Şəbiyevanın yaxınları himayədarlıq etmək istəmədikləri üçün uşaqları N.Şəbiyevin bacısı Zülfiyyə Gülverdiyeva himayəsinə götürüb.

İddiaya görə, iki il ərzində ailə azyaşlılara əzab verib. Sonuncu dəfə 9 yaşlı oğlan polis şöbəsinə gedərək ailənin onu incitməsi barədə şikayət edib. Masallı Rayon İcra Hakimiyyətinin (RİH) Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən bununla bağlı akt tərtib edilib.

Uşaq artıq o ailə ilə yaşamaq istəmədiyini, internatda qalmaq istədiyini deyib. Onun 10 yaşlı bacısının da fikri öyrənilməsi üçün ailəyə baş çəkilib. Bu zaman qonşular uşaqların bibisi oğlu Fuad Gülverdiyev və anası Zülfiyyə Gülverdiyevanın uşaqları döydüyünü deyiblər. 10 yaşlı qız döyüldüyünü etiraf edib və bildirib ki, qardaşı da dəcəllik etdiyi üçün bibisinin ailəsi onu döyürmüş. Uşaqların bədənlərində olan izlərlə bağlı ekspertiza keçirilib və döyüldükləri təsdiq olunub.

Bunun əsasında polisə məlumat verilib, lakin cinayət tərkibi aşkarlanmadığı üçün işə xitam verilib. RİH-in tərtib etdiyi akt əsasında iş məhkəməyə göndərilib. F. Gülverdiyev İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati həbs edilib.

İyunun 22-də komissiyanın qərarı ilə Z. Gülverdiyevaya verilən qəyyumluq ləğv edilib, azyaşlı bacı və qardaş müvəqqəti olaraq Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib. Müəyyən müddət sonra onların internat tipli məktəbə yerləşdiriləcəyi bildirilir.

Tarix: 23-06-2021, 17:58 Oxunub: 192


Bölməyə aid digər xəbərlər