gununnebzi.az Xüsusi karantin rejimi dövründə respublika üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) 1-3 aprel tarixlərində 231 624, 4-6 aprel tarixlərində 124 292, 7-9 aprel tarixlərində 63 653, 10-12 aprel tarixlərində 69 043 və 13-15 aprel tarixlərində 73 275 sərnişin daşınıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) verilən məlumata görə, 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə şəhərdaxili (rayondaxili) avtobus marşrutları ilə (Bakı şəhəri istisna olmaqla) daşınan sərnişin sayı 68,4% azalıb.
Həmçinin, fəaliyyətinə icazə verilən yeganə şəhərlərarası avtobus marşrutları olan “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” xətləri üzrə 1-3 aprel tarixlərində 75 400, 4-6 aprel tarixlərində 54 405, 7-9 aprel tarixlərində 45 275, 10-12 aprel tarixlərində 43 460 və 13-15 aprel tarixlərində 46 160 sərnişin daşınıb.
Bu ilin 1-3 aprel tarixləri ilə müqayisədə 13-15 aprel tarixləri üzrə “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları ilə daşınan sərnişin sayı 38.8% azalıb. Ümumilikdə, xüsusi karantin rejiminə qədərki dövrlə müqayisədə daşınan sərnişin sayı 85 faiz azalıb.
Ötən müddət ərzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.
Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.
Bölməyə aid digər xəbərlər