23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
190 manatın verildiyi bölgələr, cins və yaş qrupları açıqlandı - FOTO

190 manatın verildiyi bölgələr, cins və yaş qrupları açıqlandı - FOTOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.

gununnebzi.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 309 -u Bakı, 8 949 -u Sumqayıt və 6 213 -ü Gəncə şəhərlərində yaşayanlar, 4 308 -i Abşeron rayonunun, 130 221 -i respublikanın digər bölgələrinin sakinləridir.

Yaş qruplarına gəldikdə, birdəfəlik ödəmə alanlardan 12 811-i 20 yaşa qədər, 85 975 -u 20-30 yaş arası, 52 920-i 30-40 yaş arası, 27 287-i 40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı olanlardır.

Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.

190 manatın verildiyi bölgələr, cins və yaş qrupları açıqlandı - FOTO


Tarix: 18-04-2020, 19:54 Oxunub: 104


Bölməyə aid digər xəbərlər