23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
FHN-in generalı Türkiyədən qayıtdı

FHN-in generalı Türkiyədən qayıtdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri hissə-hissə ölkəmizə qayıdır.

Nazirlikdən verilən məlumata görə, 17 avqust 2021-ci il tarixində FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik etmiş fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də Azərbaycana qayıdıb.

Qeyd edək ki, qüvvələrin şəxsi heyəti dünən iki qrupda qardaş ölkədən təyyarə ilə geri dönüb, texnikalar və şəxsi heyətin digər hissəsi isə quru yolla hazırda Azərbaycana doğru hərəkət edir.

Tarix: 17-08-2021, 18:22 Oxunub: 260


Bölməyə aid digər xəbərlər