23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Qəbələ polisi sakinin döyülməsi ilə bağlı araşdırmalara başladı

Qəbələ polisi sakinin döyülməsi ilə bağlı araşdırmalara başladı

Sosial şəbəkələrdə Qəbələ rayonu Nic qəsəbə sakini Ruslan Muradovun döyülməsi ilə bağlı iddialar yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, R.Muradovun döyülməsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsinə özü, yaxud yaxınları tərəfindən hansısa şikayət xarakterli müraciət daxil olmayıb.

Yayılan görüntülər əsasında o, polisə dəvət olunub və şikayətinin olub-olmadığı öyrənilib. R.Muradov isə Samir adlı şəxs və onun qohumu tərəfindən döyüldüyünü bildirib, barələrində qanuni tədbir görülməsini xahiş edib.

Hazırda həmin müraciət əsasında araşdırma aparılır.

Tarix: 22-08-2021, 17:25 Oxunub: 166


Bölməyə aid digər xəbərlər