İşçilərlə müqavilə bağlamayan şirkət 20 min cərimələndi

İşçilərlə müqavilə bağlamayan şirkət 20 min cərimələndi

Zaqatala rayonunda fəaliyyət göstərən “Dəniz Tədris Kursları” MMC 20 min manat cərimə edilib.

Prokurorluqdan Qafqazinfon-ya verilən məlumata görə, “Dəniz Tədris Kursları” MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi aşkarlanıb.

Faktına dair aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib və məhkəmənin 02 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC -yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Tarix: 8-09-2021, 10:45 Oxunub: 234


Bölməyə aid digər xəbərlər