23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
TƏBİB peyvəndləmə ilə bağlı valideynlərə müraciət edib

TƏBİB peyvəndləmə ilə bağlı valideynlərə müraciət edibErkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.

gununnebzi.az xəbər verir ki, bu barədə TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə bildirilib.

"Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər", - müraciətdə bildirilib.

Xatırladaq ki, Səhiyyə naziri Oqtay Şirəliyevin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.


Tarix: 24-04-2020, 09:56 Oxunub: 54


Bölməyə aid digər xəbərlər