09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
DİN-dən “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının iddialarına - Cavab

DİN-dən “12-ci İmam” kimi təqdim edilən Aqilin bacısının iddialarına - Cavab

Daxili İşlər Nazirliyi (DİN) “Şaurma N1”in şəriki, “12-ci İmam” kimi təqdim edilən Aqil Babayevin bacısı Mətanət Babayevanın iddialarına cavab verib.

DİN Mətbuat xidmətindən bildirilib ki, A.Babayevə qarşı soyğunçuluq törədilməsi iddiası əsasında istintaq aparılmaması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: "Heç bir hüquqi addım atılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bütün xüsusatlar istintaqla araşdırılır”.

Hüquq-mühafizə orqanlarından saytımıza daxil olan məlumata görə, “99-VD-699” dövlət nömrə nişanlı “Hyundai Santafe” markalı avtomobilə istintaqın təqdimatı əsasında məhdudiyyət qoyulub.

Mətanət Babayeva saytımıza açıqlamasında bildirmişdi ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müraciəti əsasında şəxsi avtomobilinə həbs qoyulub. O qeyd edib ki, üzərinə həbs qoyulan avtomobil şəxsi maşınıdır.

Qeyd edək ki, Aqil Babayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb. DİN Aqil Babayevin özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək insanlara qarşı dələduzluq etdiyini açıqlayıb. Sahibkar Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.“Qafqazinfo”

Tarix: 15-09-2021, 11:30 Oxunub: 131


Bölməyə aid digər xəbərlər