09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə onun qohumu Razim Qasımov məlumat verib.

O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:

“Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır”.

***

Ötən gün Mərkəzi Gömrük Hospitalına köçürülən Səyyad Əlizadənin vəziyyəti stabil ağır olaraq qalır.


Bu barədə onun qohumu Razim Qasımov məlumat verib.

O bildirib ki, həkimlər sənətçinin vəziyyətinin ağır stabil olduğunu deyirlər:

“Hələ ki, irəliləyiş yoxdur. Həkimlər onun vəziyyətini ciddi nəzarətdə saxlayır. S. Əlizadənin həyat yoldaşı Kəmalə xanım isə Zığda yerləşən modul tipli xəstəxanadadır. Onun vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə və həyat yoldaşı Kəmalə Əlizadə bir müddət öncə koronavirusa yoluxublar.(Oxu.Az)

Tarix: 17-09-2021, 11:02 Oxunub: 309


Bölməyə aid digər xəbərlər