09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
AMEA-dan “13-cü imam” xəbərlərinə reaksiya

AMEA-dan “13-cü imam” xəbərlərinə reaksiya

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) əməkdaşı olan xanıma 13-cü imam olduğunu “təsdiqləyən” “sertifikat” verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

AMEA-dan bildirilib ki, bununla bağlı məlumatı sözügedən xanımın vəkili Aqil Layıc yayıb:

"Təəssüf ki, məsələ ilə bağlı bəzi saytlarda AMEA-nın adından həqiqəti əks etdirməyən açıqlama dərc olunub. Bir daha jurnalist həmkarlarımızın diqqətinə çatdırırıq ki, vəkil Aqil Layıc bu xanımın kimliyinə və onun AMEA-da hansı vəzifədə çalışdığına dair heç bir məlumat verməyib. Məlumat verildikdən sonra Milli Elmlər Akademiyasında bu məsələ araşdırılacaq.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, AMEA əməkdaşlarının işdən kənar fəaliyyətinə görə, qurum hər hansı bir məsuliyyət daşımır. İşdən kənar ictimai fəaliyyət hər kəsin şəxsi məsələsidir".

"Qafqazinfo"

Tarix: 29-09-2021, 15:57 Oxunub: 341


Bölməyə aid digər xəbərlər
10-09-2020, 17:59 Ramiz Mehdiyev təkzib etdi
16-07-2020, 20:31 AMEA-da yeni təyinatlar olub