“Space” Kamil Şahverdinin bağladığı müqaviləyə görə məhkəməyə verildi

“Space” Kamil Şahverdinin bağladığı müqaviləyə görə məhkəməyə verildi

“Space” teleradio şirkəti “Azərbeynəlxalq audit xidməti” MMC tərəfindən məhkəməyə verilib.

GununNebzi.az
xəbər verir ki, göstərdiyi audit xidmətinin ödənişini ala bilməyən MMC rəhbərliyi məhkəməyə müraciət edib. Bakı Kommersiya Məhkəməsində icraata götürülən işə hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq.

Audit Xidmətindən verilən məlumata görə, onlarla müqaviləni “Space” TV-nin keçmiş icraçı direktoru, Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyev bağlayıbmış.

Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası Kamil Şahverdiyevə tapşırılıb. May ayından isə bu vəzifəyə "Azərbaycanfilm" kinostudiyasının keçmiş direktoru Müşfiq Hətəmov təyin olunub. “Qafqazinfo”

Tarix: 7-10-2021, 10:38 Oxunub: 152


Bölməyə aid digər xəbərlər