09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü

Vilayət Eyvazov rəis müavinini sərəncama götürdü

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

GununNebzi.az-
ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Təyyar Rzaquliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.

Xatırladaq ki, 52 yaşlı T.Rzaquliyev 1991-ci ildə daxili işlər orqanları sıralarına qəbul olunub. Ağdam Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu ilə kimi cəbhə bölgəsində yerləşən Xocalı Rayon Polis Şöbəsində xidmət edib. 2010-cu il də Neftçala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. 2014-cü ildə xidmətini Salyan Rayon Polis Şöbəsində davam etdirib. 2018-ci ilin iyunundan indiyədək isə Cəlilalabad RPŞ-nin rəis müavini kimi xidmət edib. (Oxu.Az)

Tarix: 9-10-2021, 09:49 Oxunub: 204


Bölməyə aid digər xəbərlər