23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ağciyər Xəstəlikləri İnstitutunda tavan xəstələrin üzərinə uçub? - AÇIQLAMA

Ağciyər Xəstəlikləri İnstitutunda tavan xəstələrin üzərinə uçub? - AÇIQLAMA

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavan uçaraq xəstələrin üzərinə tökülməsi ilə bağlı məlumatlar yayılıb.

GununNebzi.az
xəbər verir ki, hadisənin qadınların yerləşdirildiyi palatada baş verdiyi bildirilib. Yayılan məlumatlarda qeyd olunub ki, uçan palatadakı xəstələr digər palataya köçürülüblər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun reanimasiya şöbəsindən Ölkə.Az-ın sorğusuna cavab olaraq belə bir hadisənin baş vermədiyi deyilib:

"Səhər saat 09:00-dan buradayıq və heç bir hadisə baş verməyib" - açıqlamada bildirilib.

Qeyd edək ki, bu barədə ilkin məlumat yerli mətbu orqanlardan birində yayılıb.

Tarix: 28-10-2021, 18:14 Oxunub: 214


Bölməyə aid digər xəbərlər