23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq

Alimlər açıqladı: 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq

gununnebzi.az 2030-cu ildə müsəlmanlar 36 gün oruc tutacaq.

“Al-Mərsəd”in məlumatına görə, Səudiyyə Ərəbistanının Əl-Qasim Universitetində iqlim elmləri professoru Abdullah əl-Musand astronomik proqnozlara əsasən belə bir iddia ilə çıxış edib.

Onun “Twitter” hesabında paylaşdığı şərhdən belə məlum olur ki, Ramazan ayı 2030-cu ildə iki dəfə başlayacaq: yanvarın 5-də və dekabrın 26-da. O, bunun səbəbi kimi hicri-qəməri təqvimin Günəş təqvimindən 11 gün daha qısa olması ilə izah edib.

“2030-cu ildə Ramazan ayı iki dəfə başlayacaq. Birinci dəfə hicri-qəməri təqvimi ilə 1451-ci ildədir ki, bu da miladi təqvimlə 2030-cu ilin yanvarın 5-nə düşür. Elə həmin il dekabrın 25-də hicri-qəməri təqvimi ilə növbəti Ramazan ayı başlayacaq. Beləliklə, altı gün oruc tutulacaq. 1452-ci ilin Ramazan ayının davamı miladi təqvimlə 2031-ci ildə olacaq”.


Tarix: 4-05-2020, 16:52 Oxunub: 75


Bölməyə aid digər xəbərlər
25-04-2020, 09:00 Ramazan ayı başladı