09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
20 yaşlı oğul anasını öldürmək istədi

20 yaşlı oğul anasını öldürmək istədi

Şabranda 20 yaşlı oğul anasını öldürməyə cəhd edib.

GununNebzi.az
xəbər verir ki, noyabrın 13-də 1974-cü il təvəllüdlü Gülbahar Xudaverdiyevanın Şabran rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İkin araşdırmalarla zərərçəkmişin oğlu, 2001-ci il təvəllüdlü Asim Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Gülbahar Xudaverdiyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Asim Xudaverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam edir.

Tarix: 16-11-2021, 09:57 Oxunub: 188


Bölməyə aid digər xəbərlər