23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“AA” seriyalı maşının da olduğu qəza ilə bağlı - Açıqlama

“AA” seriyalı maşının da olduğu qəza ilə bağlı - Açıqlama

Bu gün səhər saatlarında Bakıda “AA” seriyalı avtomobilin iştirakı ilə baş verən yol qəzası haqda rəsmi açıqlama verilib.

GununNebzi.az
xəbər verir ki, Bu barədə DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 2-də səhər 07:09 radələrində Səbail rayonu ərazisində Bibiheybət məscidinin yaxınlığında piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər sakini Fariz Məmmədovun idarə etdiyi 90 SB 966 nömrəli “Nissan X-Trail” markalı avtomobillə piyada keçidi üçün nəzərdə tutulmayan yerdən yolu keçmək istəyən Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Məzahir Əliyev vurulub.

Nəticədə piyada yolun əks istiqamətində hərəkətdə olan Nəsimi Mustafayevin idarə etdiyi “BMW” markalı avtomobilin qarşısına düşüb. N.Mustafayev dərhal avtomobili dayandırıb. Lakin piyada hadisə yerində vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə yerinə baxış keçirilib, sxem tərtib edilib və digər istintaq hərəkətləri həyata keçirilib. Araşdırma davam etdirilir.

Qeyd edək ki, piyadanın qarşısına düşdüyü “BMW” markalı avtomobil 10 AA 659 nömrə nişanlıdır.

Tarix: 2-12-2021, 11:33 Oxunub: 209


Bölməyə aid digər xəbərlər