23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Prado”su olan qadına 190 manat ödəmə verilib - Nazirlik AYDINLIQ GƏTİRDİ

“Prado”su olan qadına 190 manat ödəmə verilib - Nazirlik AYDINLIQ GƏTİRDİƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkələrdə “Prado” önündə şəkil paylaşıb 190 manat birdəfəlik ödəmə almış qadınla bağlı məsələyə dair açıqlama verib.

GununNebzi.az-ın məlumatına görə, nazirlik rəsmisi deyib:
“Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Kətanova Səbinə Natiq qızının maddi cəhətdən imkanlı olması təəssüratını yaradan şəklini paylaşaraq, 190 manat birdəfəlik ödəmənin ona da verildiyini bildirməsi barədə statuslar paylaşılır.

Bununla əlaqədar bildirirəm ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.

S.Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.

Ödəmə alanların siyahısının Nazirlik tərəfindən açıqlanması da, elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onları ictimai qınağa çəkməkdir.

S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq.


Tarix: 8-05-2020, 17:33 Oxunub: 110


Bölməyə aid digər xəbərlər