23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DİN-dən vətəndaşlara daha bir ciddi XƏBƏRDARLIQ - VİDEO

DİN-dən vətəndaşlara daha bir ciddi XƏBƏRDARLIQ - VİDEOKoronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən 2020-ci il mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilir.

Bu barədə GununNebzi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu məqsədlə əhalinin sanitar qaydalara əməl etməsi üçün paytaxt Bakı, eləcə də respublikanın bütün şəhər və rayonlarında polis, həmçinin, Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir.

Belə ki, maddi yardımların verilməsi ilə bağlı paytaxt və rayonlarda poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara polis əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib. Belə tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda həmçinin bölgələrdə vətəndaşlara tibbi maskalar da paylayıblar.

Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, xüsusən mayın 9-da fəaliyyəti bərpa olunacaq Bakı Metropoliteninin ərazisində olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət edilməlidir.


DİN-dən vətəndaşlara daha bir ciddi XƏBƏRDARLIQ - VİDEO
DİN-dən vətəndaşlara daha bir ciddi XƏBƏRDARLIQ - VİDEO
DİN-dən vətəndaşlara daha bir ciddi XƏBƏRDARLIQ - VİDEO


Tarix: 8-05-2020, 18:17 Oxunub: 128


Bölməyə aid digər xəbərlər