13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
Nazirlik, ADA Universiteti və “Huawei” anlaşma memorandumu imzaladı
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb.
GununNebzi.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, müştərək layihə innovativ məhsulları inkişaf etdirmək, Azərbaycanın İKT seqmentinə uzunmüddətli töhfə vermək məqsədilə həyata keçiriləcək.
Ölkəmizdə rəqəmsal transformasiyanı şərtləndirən əsas amillərdən birinin insan resursları olduğu nəzərə alınaraq layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli mütəxəssislər hazırlanacaq.
Tədqiqat və İnkişaf Mərkəzində milli və regional sosial-iqtisadi inkişaf üçün İKT, o cümlədən “5G”, GPON, IP texnologiyası və digər müvafiq istiqamətlər üzrə mütəxəssislərin yetişdirilməsi nəzərdə tutulur. Tədris proqramlarının iştirakçıları ölkəmizdə rəqəmsal transformasiyanın reallaşdırılması üzrə zəruri bilik və bacarıqlara yiyələnəcəklər.
İmzalanma mərasimində çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, sənəd “Huawei” şirkəti ilə əməkdaşlığımıza imkan açır. “İnanıram ki, universitetimizin tələbələri yüksək təhsil almaqla yanaşı, daha erkən mərhələdən tədqiqat və praktiki işlərə qoşula biləcəklər”.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib ki, ölkəmizin növbəti 10 ildə əsas hədəflərindən biri “Yaradıcı və innovativ cəmiyyət”in qurulmasıdır. Bu, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas tapşırıqlardan biri kimi qarşımıza qoyulub. Bu məqsədlə innovativ ekosistemin formalaşması üçün ölkədə elmi tədqiqatların, eləcə də elm və texnologiya tutumlu emal sənayesinin inkişaf etdirilməsi zəruridir.
“İnanıram ki, bugünkü imzalanma əsasında yaradılacaq birgə Tədqiqat və İnkişaf Mərkəzi hədəflərimizə çatmaqda böyük dəstək rolunu oynayacaq. Nazirlik olaraq bu baxımdan belə mərkəzlərin yaradılması üçün öz səylərimizi əsirgəməyəcəyik”, – deyə Rəşad Nəbiyev vurğulayıb.
“Huawei” şirkətinin Avrasiya regionu üzrə vitse-prezidenti Çjao Ley bildirib ki, “Huawei” rəqəmsal texnologiyaların Azərbaycan cəmiyyətinin iqtisadi inkişafındakı rolu ilə maraqlanır. Şirkətimiz ölkədə güclü texniki və idarəetmə bacarıqlarını ötürməklə qabaqcıl texnologiyaları tətbiq etməyə və kadrların inkişafını dəstəkləməyə sadiqdir.
“Məhz bu mərkəzin yaradılması Azərbaycanda daha çox peşəkar kadr hazırlamaq, eləcə də azərbaycanlı istifadəçiləri qabaqcıl texnologiyalardan istifadə ilə tanış etmək məqsədi daşıyır”, – deyə Çjao Ley qeyd edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 8-12-2021, 19:17 Oxunub: 164
Bölməyə aid digər xəbərlər
25-08-2021, 11:26
Ərdoğan Azərbaycanla imzalanan memorandumu təsdiq etdi
16-04-2021, 16:52
Prezident İƏT ilə imzalanmış memorandumu təsdiqlədi
15-11-2021, 10:22
Nazir müşavirinə yüksək vəzifə verdi
16-09-2021, 14:58
Prezident fərman imzaladı
20-02-2021, 14:10
Nazirlər Kabineti məlumat yaydı