23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakı sakininin bank hesabından 2500 manat oğurlandı

Bakı sakininin bank hesabından 2500 manat oğurlandı

Bakıda kişinin bank hesabından 2500 manat oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə dekabrın 5-də Bakı şəhər sakini S.Alxanovanın bank hesabından 2500 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Tarix: 17-12-2021, 16:20 Oxunub: 126


Bölməyə aid digər xəbərlər