09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Gömrük Komitəsinin sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Gömrük Komitəsinin sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Şəxsi maraqları naminə gömrük prosedurlarının pozulmasına yol verən vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə komitədən daxil olmuş material əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran vətəndaşları tərəfindən gətirilməklə Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Tarix: 8-01-2022, 11:02 Oxunub: 152


Bölməyə aid digər xəbərlər