22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
Saxta IMEI-li telefonlarla bağlı yeni mexanizm hazırlandı
Mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb.
GununNebzi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, telekommunikasiya üzrə fərdi identifikasiya kodu – IMEI saxtalaşdırılan mobil cihazların sayı sürətlə artmaqdadır. Bu istiqamətdə hüquq-mühafizə tədbirlərinin gücləndirilməsi, mobil telefon istifadəçilərinin hüquqlarının qorunması məqsədilə yeni mexanizm hazırlanıb. Mexanizm ölkədə istifadə olunan mobil cihazlar oğurlandıqda, itirildikdə onun dərhal tapılmasının təmin olunmasına, cinayətkarlıqla mübarizənin effektivliyinin artırılmasına yönəlib.
Müşahidələr göstərir ki, fərdi identifikasiya kodu – IMEI-i saxtalaşdırılmaqla bir mobil cihazın proqram təminatının klonlaşdırılaraq başqa cihazlara köçürülməsi mümkündür. Halbuki IMEI istifadəyə yararlı bütün mobil cihazlara Beynəlxalq GSM Assosiasiyası tərəfindən verilən unikal koddur və bu kod heç bir halda digər cihazın kodu ilə eynilik təşkil etmir.
Saxtalaşdırılma hallarının qarşısını almaq, həmçinin tənzimləmələrin həyata keçirilməsi məqsədilə klonlaşdırılmış mobil cihaz üzrərindəki nömrə dəyişdirildikdə cihaza qarşı məhdudiyyət tətbiq olunacaq. Saxta IMEI-li cihazdakı nömrənin dublikatı çıxarılıb Sim kart yuvasına əlavə olunan zaman da eyni prosedur həyata keçiriləcək. Hər iki halda məhdudiyyət tətbiq olunan mobil cihazların şəbəkə əlaqəsi kəsiləcək.
Mobil cihazların saxtalaşdırılmasını dələduzlar və hakerlər əsasən istifadəçilərdən xəbərsiz həyata keçirdiklərinə görə məhdudiyyət tətbiq olunan telefonların yenidən istifadəsi ilə bağlı da mexanizm hazırlanıb. Sahibi telefonun üzərindəki mobil nömrəni dəyişən zaman şəbəkə təminatı dayandırıldığı halda yaxınlıqdakı “Azərpoçt” şöbəsinə müraciət etməli və yeni nömrə sistemə əlavə olunmalıdır. Bu proses ödənişsiz həyata keçiriləcək.
Cihazların saxta və ya orijinal olması Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən IMEI kodu vasitəsilə müəyyən ediləcək. Eyni IMEI üzərində olan cihazlardan şəbəkədə ilk dəfə görünəni orijinal hesab olunacaq. Digər cihazların orijinallığı ilə bağlı iddialar isə “Azərpoçt” şöbələrində araşdırılacaq. Mobil cihazının orijinallığını iddia edən istifadəçi cihazda *#06# kombinasiyasını yığaraq ekranda əks olunan IMEI kodu və əgər qalırsa, cihazın qutusu ilə poçt şöbəsinə müraciət etməlidir. Bu zaman təqdim olunan IMEI ilə sistemdə ilk görünən nömrənin və kimə məxsusluğunun eyniləşdirilməsi aparılacaq və təqdim onunan cihazın orijinal olub, olmadığı ilə bağlı sahibinə məlumat veriləcək.
Vətəndaşlara “Azərpoçt” şöbələri ilə yanaşı, “157” zəng mərkəzi vasitəsilə də yardım göstəriləcək. Zəng mərkəzi problemlərlə bağlı sualları cavablandıracaq, məhdudiyyət tətbiq edilən cihazların aktivləşdirilməsi üçün lazım olan proseduru vətəndaşlara izah edəcək, eyni zamanda şikayət və təkliflərin qeydiyyatını aparacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-01-2022, 20:17 Oxunub: 178
Bölməyə aid digər xəbərlər
27-12-2020, 19:18
Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz
4-03-2021, 14:19
Bu telefonlar bir ay sonra işləməyəcək - XƏBƏRDARLIQ
12-05-2019, 09:35
Azərbaycanda mobil operatorların üzərinə yeni vəzifə qoyulur
21-07-2020, 19:16
Rabitə Nazirliyindən mobil operatorlarına MÜRACİƏT
1-11-2021, 11:55
Xaricdən özünə telefon gətirən şəxslərin nəzərinə