23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mehdiyev Kərim Şükürovun istefasını qəbul etmədi

Mehdiyev Kərim Şükürovun istefasını qəbul etmədi

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciəti ilə əlaqədar müşavirə keçirilib.

Bu barədə “Qafqazinfo”ya AMEA-nın Mətbuat xidmətinin rəhbəri Leyli Namiqqızı məlumat verib. O bildirib ki, rəhbərlik onun ərizəsini qəbul etməyib və işinə davam etdirilməsi qərara alınıb:

“Qeyd edim ki, Kərim Şükürov müşavirəyə dəvət edilib. Ancaq onunla əlaqə saxlamaq mümkün olmayıb. Səhər isə özü akademiyaya gələrək istefa ərizəsini təqdim edib”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən Rəyasət Heyətinin iclasında Tarix İnstitutu ilə bağlı sərt fikirlər səsləndirib. Qurum rəhbəri sözügedən İnstitutda qeyri-sağlam iş mühiti olduğunu qeyd edib. Məsələyə Tarix İnstitutun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov da münasibət bildirib. O, 21 yanvarda Ramiz Mehdiyevin fikirlərinə etiraz olaraq, digər tərəfdən isə demokratik ənənələri əsas götürərək, nəinki tutduğu vəzifədən, o cümlədən, Ramiz Mehdiyevin rəhbərlik etdiyi AMEA sistemindəki bütün işlərindən istefa verəcəyini bildirib.

Tarix: 21-01-2022, 20:17 Oxunub: 156


Bölməyə aid digər xəbərlər