21:30 / 26-11-2024
Naxçıvanda sahibkarların bəzi vergilərdən azad olunması təklif edildi
21:27 / 26-11-2024
Rusiya britaniyalı diplomatı ölkədən çıxarır
17:39 / 26-11-2024
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi
17:31 / 26-11-2024
“Heç kim araşdırmamış heç nə deməsin” - Nazirdən deputata
17:30 / 26-11-2024
Gələn ilin dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı
15:46 / 26-11-2024
“Həzi Aslanov” stansiyasında təmir başlayır
15:43 / 26-11-2024
İldırımzadənin işində adı hallanan qadın intihar edibmiş
15:37 / 26-11-2024
Bu hakimlər ezam edildi - Foto
15:36 / 26-11-2024
Nazir rəisi işdən çıxardı - Yeni təyinat
12:09 / 26-11-2024
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
11:52 / 26-11-2024
Tatlısəs yerimə qabiliyyətini itirdi - Foto
07:28 / 26-11-2024
Polşa prezidenti Ermənistana getdi
07:21 / 26-11-2024
ABŞ təsdiqlədi: Ukrayna bu raketlə Rusiyanı vura bilər!
07:20 / 26-11-2024
Gəncədə təcili yardım avtomobili piyadanı vuraraq öldürdü
23:45 / 25-11-2024
Bakıda sahibkarın 31 il əvvəlki qətlinin üstü açıldı
23:41 / 25-11-2024
Əli Əsədov bu qurumlarla bağlı qərar imzaladı
23:39 / 25-11-2024
Sumqayıtda “Bəy hamamı” yandı - Yenilənib+Video
23:37 / 25-11-2024
İlham Əliyev Trampa zəng vurdu
21:16 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
Məhkəmə yol polisinin yazdığı protokolu ləğv etdi
Yol polisinin qanunsuz protokol yazdığını iddia edən şəxs Daxili İşlər Nazirliyini məhkəməyə verərək 5 min manat təzminat tələb edib. Onun protokoldan verdiyi şikayətə Nizami Rayon Məhkəməsində də baxılıb və yol polisinin protokolu ləğv edilib.
Vətəndaş Samid İsayev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, həmkəndlisi olan yol patrul xidməti əməkdaşı Rəsul Ağayev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun idarə etdiyi “Toyota Prado” markalı 90 DS 303 nömrəli avtomobili 2020-ci il dekabrın 29-da saxlayaraq cərimə meydançasına aparıb.
Vətəndaşın iddiasına görə, buna səbəb onunla olan şəxsi intriqadır: “Məni və ailə üzvlərimi maşından düşürtdü. Bundan yalnız 10 gün sonra, 2021-ci il yanvarın 8-də barəmdə İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə olunmağım barədə protokol tərtib edilib. Amma qanuna görə, protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməlidir. Bu protokol əsasında Bakı şəhər DYPİ-nin polis kapitanı Arzuman Arzumanlı tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub. Protokolda da xətanın mahiyyəti haqqında hər hansı bir qeyd yazılmayıb. Yəni hansı avadanlığın quraşdırılması və ya dəyişdirilməsi müəyyən edilməyib”.
S.İsayevin sözlərinə görə, avtomobili 2012-ci ildən idarə edir və hər il də texniki baxışdan keçirib: “Texniki baxışdan keçəndə də, 8 ildir maşını sürəndə də heç vaxt hər hansı əlavə avadanlıq olması barədə mənə bildirilməyib.
Protokoldan verdiyim şikayətə Nizami Rayon Məhkəməsində baxıldı və yol polisinin protokolu ləğv edildi. Daha sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsi qərardan şikayət etdi. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. Mən maşını götürmək üçün əlavə xərclər çəkdim və yol polisi əməkdaşının şəxsi qərəzindən istifadə edərək verdiyi qərara görə 10 gün avtomobilsiz qaldım”.
İşlə bağlı Bakı Ekspertiza Mərkəzi Bakı şəhəri Dövlət Yol Polisinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində, o cümlədən qanunsuz qəbul edilmiş qərar nəticəsində Samid İsayevə 5 000 manat məbləğində mənəvi zərər dəydiyi barədə rəy verib.
Samid İsayev bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edərək DİN-dən 5 min manat mənəvi təzminat tələb edib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Samid İsayevin iddiaları həqiqəti əks etdirmir: “Məhkəmədə onun təqdim etdiyi arqumentlərlə bağlı ekspertiza təyin edildi. Ekspert onun iddialarını təsdiq etmədi. Samir İsayevin dedikləri cəfəngiyyatdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-01-2022, 12:52 Oxunub: 141
Bölməyə aid digər xəbərlər
3-08-2020, 18:59
Məhkəmə karantinə görə polisin yazdığı cəriməni ləğv etdi
18-03-2021, 15:10
DYP bu Dövlət Komitəsini cərimələdi
31-03-2021, 14:03
"Akkord" CƏRİMƏLƏNDİ
16-03-2021, 16:25
"Medera Hospital"ın işi MƏHKƏMƏLİK OLDU
12-01-2021, 16:55
"Bank Respublika" CƏRİMƏLƏNDİ