23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı daha bir - Açıqlama

TƏBİB-dən partlayışda xəsarət alanlarla bağlı daha bir - Açıqlama

TƏBİB Bakıda gecə klubunda baş verən partlayışla bağlı daha bir məlumat yayıb.

TƏBİB-dən verilən məlumata görə, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

Tarix: 3-04-2022, 20:56 Oxunub: 138


Bölməyə aid digər xəbərlər