21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Süleyman Kərimovun yaxtasına həbs qoyuldu

Süleyman Kərimovun yaxtasına həbs qoyuldu

Fici Respublikası rusiyalı milyarder Süleyman Kərimova məxsus yaxtaya həbs qoyub.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarına istinadən “FBC” telekanalı yayıb.

Polisdən bildirilib ki, “Amadea” adlı yaxta aprelin 13-ü Fici hökumətinin müvafiq icazəsi olmadan Ficinin iqtisadi zonasına daxil olub. Bunun ardınca gəmi saxlanılıb və onun sahibinin kim olmasına dair araşdırmalara başlanılıb.

“İlkin məlumata görə, yaxta Süleyman Kərimova məxsusdur”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) cari ilin mart ayının ortalarında Süleyman Kərimova sanksiya tətbiq edib. Sözügedən sanksiya çərçivəsində iş adamına Aİ-yə daxil olmaq qadağan edilib.

Tarix: 14-04-2022, 10:03 Oxunub: 58


Bölməyə aid digər xəbərlər