23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Daha üç ölkədən rusiyalı rəsmilər və oliqarxlara sanksiya - “Qara siyahı”

Daha üç ölkədən rusiyalı rəsmilər və oliqarxlara sanksiya - “Qara siyahı”

Yaponiya, Avstraliya və Yeni Zelandiya Ukraynaya qarşı müharibə apardığı üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

GununNebzi.az
xarici xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Belə ki, Yaponiya 15 rus fiziki şəxs və 9 təşkilat, eyni zamanda müdafiə sektorunun rəsmiləri daxil olmaqla dövlət silah ixracatçısı “Rosoboronexport”a qarşı sanksiyalar tətbiq edəcək.
Aktivlərin dondurulmasını nəzərdə tutan sanksiyalar Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, oliqarx Süleyman Kərimov, müdafiə nazirinin 8 müavininə qarşı yönəlib. Şirkətlər arasında “Rosoboroneksport”, “Rusiya Helikopterləri”, “Birləşmiş Aviasiya Korporasiyası”, “Uralvaqonzavod” da var.
Ümumilikdə, Ukraynaya təcavüzdən sonra Yaponiya Rusiyada 76 nəfərə, 7 banka və 12 digər təşkilata qarşı sanksiya tətbiq edib.

Yeni Zelandiya isə 13 rusiyalıya qarşı sanksiya tətbiq edib ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Onların arasında prezident Vladimir Putin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının 12 üzvü, bir bank və 18 digər təşkilat var.

Sanksiyalara onlarla əməkdaşlığa qadağa, aktivlərin dondurulması, gəmi və təyyarələrin ölkəyə girişinin yasaq edilməsio daxildir. Bundan əlavə, Yeni Zelandiya daha 364 siyasətçi və hərbçinin ölkəyə girişini qadağan edib.


Öz növbəsində, Avstraliya Rusiyanın 11 bankına və dövlət qurumuna qarşı sanksiyalar tətbiq edib.

Onlar birlikdə Rusiya Federasiyasındakı bütün bank aktivlərinin təxminən 80%-ni təşkil edir və bura “Sberbank2, “Qazprombank”, VEB, VTB, “Rosselxozbank”, “Sovcombank”, “Novikombank”, “Alfa-Bank” və “Kredit Bank Moskva” daxildir.


Avstraliya Vladimir Putinə yaxın oliqarxlara qarşı da sanksiya təzyiqlərini gücləndirib.

Artıq hədəflənmiş maliyyə sanksiyaları və səyahət qadağaları tətbiq edilən 41 oliqarxın sırasına Avstraliyadakı biznes maraqları ilə əlaqəli iki milyarder - Oleq Deripaska və Viktor Vekselberq də əlavə olunub.
(Modern.az)

Tarix: 18-03-2022, 09:46 Oxunub: 315


Bölməyə aid digər xəbərlər