23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fazil Həsənəliyevə ağır itki

Fazil Həsənəliyevə ağır itki

Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi, ədliyyə generalı Fazil Həsənəliyevə ağır itki üz verib.

GununNebzi.az
“Qafqazinfo”ya istinadla məlumatına görə, F.Həsənəliyevin qardaşı Ataxan Həsənəliyev vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Həsənəliyev qardaşları uzun müddət Naxçıvan Muxtar Respublikasında rəhbər vəzifələrdə çalışmış, eləcə də 2017-ci ilədək Naxçıvan MR Ali Məclisinin sədrinin müavini olmuş Mirhəşim Seyidovun bacısının övladlarıdır.

Fazil Həsənəliyev isə daha əvvəl Bakı şəhər prokurorunun birinci müavini, Gəncə şəhər prokuroru kimi vəzifələrdə çalışıb.

Tarix: 23-04-2022, 09:53 Oxunub: 180


Bölməyə aid digər xəbərlər
15-12-2020, 10:19 Vasif Talıbova AĞIR İTKİ