16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Zəhərli maddələri qanunsuz satanlar 10 il həbs ediləcək

Zəhərli maddələri qanunsuz satanlar 10 il həbs ediləcək

Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.

GununNebzi.az
xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Tarix: 26-04-2022, 14:37 Oxunub: 43


Bölməyə aid digər xəbərlər