16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
"Yeni yaradılmış mərkəz mayak funksiyasını, hüquqi beyin mərkəzi rolunu icra edəcək" - Anar Bağırov

"Yeni yaradılmış mərkəz mayak funksiyasını, hüquqi beyin mərkəzi rolunu icra edəcək" - Anar Bağırov

"Cənab Prezidentin Fərmanı ilə yeni yaradılmış Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi heç şübhəsiz ki, ölkəmizin inkişafı, tərəqqisi, müasirləşdirilməsi üçün mayak funksiyasını, hüquqi beyin mərkəzi rolunu icra edəcək".

GununNebzi.az
xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr qeyd edib ki, milli qanunvericiliyimizin təkmilləşdirilməsi, unifikasiyası, normayaratma fəaliyyətinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ixtisaslaşmış bir təşkilat kimi dövlət və cəmiyyət üçün çox faydalı bir təsisata çevriləcək.

"İllər boyu ən böyük problemlərimizdən olan hüquqi maarifləndirmə sahəsində olan boşluğun aradan qaldırılması, hüquq təhsilinin sağlamlaşdırılması, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, ölkə əhalisinin hüquq mədəniyyətinin yüksəldilməsi baxımından müstəsna əhəmiyyətə malik olan ümumdövlət və ictimai əhəmiyyət daşıyan missiyanın icraçısı kimi çıxış edəcəkdir".

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.

Şikayətiniz və ya xəbə

Tarix: 19-05-2022, 17:18 Oxunub: 129


Bölməyə aid digər xəbərlər