23:14 / 24-11-2024
Şirvanda avtomobil 4 piyadanı vurdu
21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
21:44 / 24-11-2024
Bakının bu ərazisində işıq kəsiləcək
13:18 / 24-11-2024
Türkiyədə ağır yol qəzası olub, 30 nəfər yaralanıb
13:17 / 24-11-2024
Kim Çen In Rusiyaya səfər edə BİLƏR
12:08 / 24-11-2024
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
12:06 / 24-11-2024
Hikmət Hacıyev Berbokun ittihamlarına cavab verdi
02:20 / 24-11-2024
Ukrayna Kurska ATACMS-la zərbələr endirdi - Video
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
02:02 / 24-11-2024
COP29-da İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olundu
01:58 / 24-11-2024
ABŞ sualtı atom qayıqlarını yüksək hazırlıq vəziyyətinə gətirdi
01:55 / 24-11-2024
Zelenski generallara müraciət etdi
01:54 / 24-11-2024
Onlar Türkiyənin ən varlı müğənniləridir
13:57 / 23-11-2024
Bu dəyişikliklər qəzaların qarşısını almağa kömək edəcək - FOTO
13:50 / 23-11-2024
Azərbaycanda deputatlara mənzillər verildi
12:08 / 23-11-2024
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı
12:06 / 23-11-2024
Almaniya ilə münasibətlərdə yeni gərginlik - XİN rəhbəri Bakıda nə deyib?
07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
“General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim”
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
GununNebzi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sahib Ələkbərov çıxış edib. O, hədə-qorxu ilə pul alma və rüşvət ittihamlarını rədd edib: “Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdırlar. Buradakı hər kəlməmizi mətbuat yazır. Hörmətli məhkəmə, bu iki şəxs məhkəmədə dindirilmədən siz obyektiv, qanuni qərar qəbul etmək imkanında deyilsiniz. Çünki MTN-in İstintaq İdarəsində daxil olan material birbaşa Baş prokuror Zakir Qaralovun müavini Rüstəm Usubova məruzə edilirdi. Onun göstərişi əsasında material üzrə cinayət işinin başlanması və ya rədd olunmasına dair qərar verilirdi. 24 saat ərzində işə nəzarət edən prokurora qəbul olunmuş qərarın surətinin göndərilməsi tapşırılırdı”.
Sahib Ələkbərov xidmət etdiyi müddətdə yalnız bir cinayət törətdiyini və buna görə məsuliyyət daşımağa hazır olduğunu etiraf edib. O, Hacı Məmmədovun (DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, kriminal dəstə başçısı) mütəşəkkil cinayətkar dəstəsinin cinayətlərini araşdıran istintaq qrupunun üzvü olduğunu açıqlayıb: “İstintaq zamanı üzə çıxdı ki, “Knauf” şirkətinin rəhbərlərindən olan Rəna Nəsibova Hacı Məmmədovun dəstəsindən olan bir çeçenlə münasibətdə olub. Həmin çeçen Rəna Nəsibovaya Bakıda adam oğurluqları və qətllərlə bağlı çox ciddi məlumatlar verib. Deyirmiş ki, filan gün, filan saatda Bakıda qətl törədiləcək. Dediyi vaxtda da qətl törədilirmiş. Deyirmiş ki, adam oğurlanacaq, oğurlanırmış. Rəna Nəsibova həmin cinayətlər barədə Baş prokuror Zakir Qaralova müraciət edib. Onu Qaralovun 1-ci müavini Rüstəm Usubov dinləyib. Deyib ki, Hacı adlı polisin adam oğurlayan və seriyalı qətllər törədən dəstəsi var. Usubov isə MTN-ə və Daxili İşlər Nazirliyinə formal məktub yazmaqla işini bitmiş hesab edib. Həmin məktubdan az sonra “Knauf” şirkətinin ofisində Rəna Nəsibovanın meyiti tapıldı. Hadisə yerinə ilk gedən də elə Rüstəm Usubov olmuşdu. Ekspertdən rəy alınmışdı ki, Rəna Nəsibovanın ürəyi bulanıb, qaytarıb və boğulub ölüb. Araşdırdıq, məlum oldu ki, Rəna Nəsibova öldürülüb. O zaman istintaq qrupunun üzvü olaraq Rüstəm Usubovun dindirilməsi mənə həvalə olundu. Dindirmə zamanı Rüstəm Usubovun əməlində cinayət olduğunu müəyyən etdim. Ona sual verdim ki, Rəna Nəsibovanın verdiyi məlumatar əsasında hansı qanuni tədbirlər görülüb? Məlum oldu ki, Rüstəm Usubov məktub yazmaqdan başqa tədbir görməyib. Məsələni Mövlam Şıxəliyevə məruzə etdim. O da Rüstəm Usubovun həbs edilməsinə göstəriş verdi. Amma mən həmin göstərişi icra etmədim. Buna görə peşmanam. Həmin vaxt o göstərişi icra etsəydim, bu gün burada olmazdım”.
Zərərçəkən Qulam Bağırov söz alaraq hakim Elbəy Allahverdiyevin açıq məhkəmə prosesində jurnalistlərin iştirakını qadağan etməsini qınayıb: “Jurnalistlər hər dəfə məhkəmə binası önünə gəlib prosesdə iştirak etmək istəyirlər. Lakin qapıda polis onlara deyir ki, hakim məhkəmədə iştiraklarını qadağan edib. Sizin bu göstərişiniz qanunsuzdur. Bizə qarşı cinayətlər də məhz qapalı şəraitdə, jurnalistlərdən, geniş ictimaiyyətdən gizlədilməklə törədilib. Bu gün siz açıq məhkəmə prosesini qapalı keçirməklə faktiki olaraq Mövlam Şıxəliyev və dəstəsinin bizlərə qarşı cinayətlərinin ört-basdır olunmasına şərait yaratmağa çalışırsız. Məhkəmənin ilk günündən Mövlam Şıxəliyevə “Mövlam müəllim” deyə xitab edirsiz. Bu, ondan irəli gəlir ki, siz müstəntiq olanda Mövlam Şıxəliyevin rəhbərliyi altında işləmisiz. Sadaladığım faktlar sizin bu iş üzrə ədalətli hökm çıxaracağınızı şübhə altına alır. Ona görə də xahiş edirəm ki, Elbəy Allahverdiyev iş üzrə hakimlikdən uzaqlaşdırılsın”.
Hakim Elbəy Allahverdiyev etiraza belə münasibət bildirib: “Gəlin, bu məsələyə birdəfəlik aydınlıq gətirək. Mən həqiqətən də 2003-2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyinə istintaq qrupuna ezam edilmişəm. İstintaq qrupunun tərkibində fəaliyyət göstərmişəm. Həmin vaxt Mövlam Şıxəliyev orada...”
Hakim üzünü Mövlam Şıxəliyevə tutaraq, "Siz MTN-də nə vaxtdan xidmətə başlamısız?" soruşub. Şıxəliyev, “2004-cü ildə” deyə cavab verib. Daha sonra hakim bildirib ki, Qulam Bağırovun etirazında adı düzgün yazılmayıb. Buna görə etiraz düzəlişdən sonra təqdim edilməlidir.
Məhkəmə prosesi növbəti iclasda davam etdiriləcək.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə 32 zərərçəkmiş var.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-06-2022, 10:11 Oxunub: 28
Bölməyə aid digər xəbərlər
11-05-2022, 13:49
“Zakir Qaralov deyirdi ki, həbs et, edirdim...”
7-12-2021, 20:54
“Məni 67 gün girov saxlayıb, 2 milyon dollarımı alıb, buraxıblar”
15-02-2022, 15:19
General Rüstəm Usubovdan sərt AÇIQLAMA: “Getsin, işi ilə məşğul olsun!”
12-01-2022, 19:30
MTN polkovnikləri Vəkillər Kollegiyasına üzv qəbul edilib