21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
General Rüstəm Usubovdan sərt AÇIQLAMA: “Getsin, işi ilə məşğul olsun!”

General Rüstəm Usubovdan sərt AÇIQLAMA: “Getsin, işi ilə məşğul olsun!”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq İdarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və idarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesləri davam edir.

Baş tutan məhkəmə proseslərində baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi gündəmə gəlib.

Mövlam Şıxəliyev və digərləri onun da məsuliyyət daşıdığına işarə vurub. General ötən proseslərdə “Mən bu işlərdə heç kim olmuşam. Rüstəm Usubov məsələni həll etdiyi üçün mən qarışa bilməmişəm” - deyə, qeyd edib.

Manset.az məhkəmədə adıçəkilən Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovla əlaqə saxlayıb. O açıqlamasında məsələyə qısa münasibət bildirib:

“Mən heç hara çağırılmamışam. Belə adamlarla bağlı heç mənə zəng vurmayın. Kimdir, o? Kim mənim boynuma nəsə yıxmaq istəyirsə, özü bilər. Kim nə danışır, nə deyir, mənə maraqlı deyil. Mən onun adını çəkib cavab verməyəcəm. Getsin, işi ilə məşğul olsun!”.

Qeyd edək ki, bu gün keçiriləcək növbəti məhkəmə prosesində baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubovun dindiriləcəyi bildirilirdi.

Tarix: 15-02-2022, 15:19 Oxunub: 251


Bölməyə aid digər xəbərlər