23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Təmir-Təchizat-4” MMC olub.

GununNebzi.az
xəbər verir ki, İcra Hakimiyyəti MMC-yə abadlıq işlərinin satınalınması xidmətinə görə 440 min 957 manat 86 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “Təmir-Təchizat-4” MMC-nin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur. Şirkət 4 may 2005-ci ildə dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, 23 iyun tarixinə görə “Təmir-Təchizat-4” MMC-nin dövlət büdcəsinə 8 min 126 manat 80 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
(Yeniavaz.com)
İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

Tarix: 24-06-2022, 22:02 Oxunub: 49


Bölməyə aid digər xəbərlər